Elanlar və tədbirlərÖlkə turizmi

ATAA ilə ATB arasında görüş baş tutub

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Azərbaycan Turizm Bürosunun Sənayenin inkişafı və keyfiyyətin təminatı şöbəsinin rəhbəri Aytən Əlizamanlı ilə birgə Assosiasiyanın gəlmə turizmi ilə məşğul olan üzvləri ilə geniş tərkibdə görüş keçirib.
Görüşdə ölkə turizminin bərpası və inkişafı istiqamətində ATAA tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verilib, turizm sənayesinin subyektləri ilə əməkdaşlıq imkanları, turizm bazarının hazırkı vəziyyəti, bu sahədəki mövcud çətinliklər, turizm istiqamtləri, turizm marşurutları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Toplantıda həmçinin hotel sənayesi ilə biznes münasibətlərinin formalaşdırılması, əməkdaşlıq əlaqələrinin inkişafı, iş birliyinin qurulması istiqamətində yaşanan çatışmazlıqlar və onların həlli yolları, eləcə də aviaşirkətlərlə əməkdaşlıq imkanları və qiymət siyasəti müzakirə olunub.
Görüş çərçivəsində ATAA sədri Assosiasiyanın gələcək planları və həyata keçirilməsi nəzərdə tutulan tədbirləri baradə məlumat verib.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button