Dünya turizmi

Venesuela ilə turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Venesuelanın turizm təşkilatları və şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və inkişafı məsələləri avqustun 10-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla, Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran,eləcə də Venesuellanın beynəlxalq turizm nazirliyinin müavini Letisiya Gomez və Türk Hava Yollarının hər iki ölkə üzrə nümayəndələri arasında keçirilən onlayn görüşdə müzakirə olunub.
Görüşdə iki ölkənin turizm təşkilatları və şirkətləri arasında komminikasiya əlaqələrinin qurulması, birgə iş birliyinin yaradılması, iki ölkənin turizm potensialının qarşılıqlı təşviqinin aparılmas, Kuba-Venesuella-Domenikan Respublikalarını əhatə edən kombo turların hazırlanması və satışının təşkil, turist cəlb ediciliyinin artırılması müzakirə olunub.
Görüş çərçivəsində həmçinin Türk Hava Yolları üzərindən Venesuellaya uçuşların intensivliyinin artırırılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı yaxın günlərdə iki ölkənin turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin qurlması məqsədi ilə geniş tərkibdə onlayn görüşün təşkilinə dair razılıq əldə olunub.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button