Dünya turizmi

“World Travel Awards” turizm tədbiri keçiriləcək

Batumi turizmin “Oskar” müsabiqəsi sayılan “World Travel Awards”a ev sahibliyi edəcək.

Trend-in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Acarıstan hökumətinin sədri Tornike Rijvadze bildirib.

Avropanın qala-mərasimi Acarıstanda 2023-cü ildə keçiriləcək.

T.Rijvadze deyib: “Dünən 2023-cü ildə Batuminin dünyanın ən nüfuzlu turizm qala tədbirlərindən birinə ev sahibliyi etməsinə dair razılıq əldə edildi. Bu tədbirin köməyi ilə həm bizim iqtisadiyyatı, həm də turizmi bərpası daha da sürətlənəcək. Xatırladığınız kimi, 2019-cu ildə Batumi Avropanın ən sürətlə inkişaf edən turizm məkanlarından biri olaraq çox nüfuzlu bir mükafat aldı. Bu mərasimi Batumidə keçirdikdən sonra isə bir çox önəmli tədbirləri, turizm sənayesinin və medianın nümayəndələrini qəbul etmək imkanı əldə edəcəyik”.

Xatırladaq ki, 2019-2020-ci illərdə Batumi Avropanın ən sürətlə inkişaf edən turizm məkanı olaraq artıq bir dəfə nüfuzlu “World Travel Awards” mükafatını qazana bilib.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button