Dünya turizmi

Qazaxıstanda keçirilən beynəlxalq forumda Azərbaycanın turizm imkanları təqdim olunub

Sentyabrın 15-də Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan da daxil olmaqla, ümumilikdə 30 ölkənin nümayəndələrinin iştirak etdiyi Qazaxıstan Turizm İnkişaf Forumu işinə başlayıb.

Forumda ölkəmizi Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə və Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarlar və işgüzar tədbirlər departameninin rəhbəri Sevda Əliyeva təmsil edib.

Səfər zamanı bır sıra iştirakçı ölkələrin təmsilçiləri, Qazaxıstanın yeni təsis edilmiş Turizm və İdman Nazirliyi, Qazaxıstan Turizm Assosiasiyası (KTA) və turizm şirkətləri nümayəndələri ilə bir sıra görüşlər keçirilib.

Görüşlərdə, həmçinin Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun başçısı v.i.e Elçin Məmmədov iştirak edib.

Forum çərçivəsində çıxış edən Sevda Əliyeva Azərbaycan turizminin brendinq və marketinq siyasətinin təqdimatını keçirərək, iştirakçıları Azərbaycana turistlərin cəlb olunması təcrübəsi, eləcə də işgüzar tədbirlər sənayesinin cari vəziyyəti haqqında məlumatlandırıb.

Tədbirdə Qazaxıstanın müxtəlif dövlət qurumlarının nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, ötən il Qazaxıstandan Azərbaycana səfər edənlərin sayı 30 350 nəfər olub ki, 2023-cü ilin ilk səkkiz ayı üzrə bu rəqəm 35 471 nəfər təşkil edib.
Qazaxıstan vətəndaşları Azərbaycana səfər edən əcnəbilər sırasında ilk onluqda qərarlaşır.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button