Elanlar və tədbirlər

DTA əməkdaşlarına “Xidməti fəaliyyətin qiymətləndirilməsi: çətinliklər və problemlər” mövzusunda təlim keçirilib

Dövlət Turizm Agentliyinin İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsi tərəfindən qurumun əməkdaşları üçün “Xidməti fəaliyyətin qiymətləndirilməsi: çətinliklər və problemlər” mövzusunda təlim təşkil edilib.

Təlimdə DTA əməkdaşlarına dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası, meyarları, məqsədi, bu prosesə hazırlıq, hüquq və vəzifələr, qiymətləndirilmə dövrü və onun nəticəsinə əsasən tətbiq edilən tədbirlər haqqında ətraflı məlumat verilib.

Eyni zamanda, təlim zamanı xidməti fəaliyyətin qiymətləndirilməsi prosesində qarşıya çıxan çətinliklər və problemlər barədə fikir mübadiləsi aparılıb və əməkdaşların sualları cavablandırılıb.

Qeyd edək ki, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə və ya təlimə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin, işçinin vəzifədə irəli çəkilməsi üçün potensialının müəyyənləşdirilməsi məqsədilə keçirilən dövlət qulluqçusunun hər təqvim ilinin sonunda fəaliyyətinin yoxlanılması prosesidir.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button