Elanlar və tədbirlər
Regionlarda yerləşən hotellər üçün milli ulduz təsnifatı ilə əlaqəli təlimlərə start verilib.
Təlimlər çərçivəsində Azərbaycan Hotel Assosiasiyasının (AHA) əməkdaşları tərəfindən regionlarda yerləşən hotellərin nümayəndələrinə təsnifat prosesi və meyarlar haqqında ətraflı məlumat veriləcək, sənayə nümayəndələri ilə müzakirələr aparılacaq.
Yanvarın 19-da Lənkəranda ilk təlim baş tutmuşdur. Növbəti təlim isə yanvarın 26-da Quba şəhərlərində keçiriləcək.
Fevral ayında təlimlərin ölkənin digər regionlarında davam etdirilməsi nəzərdə tutulur.
Təlimlərdə iştirak etmək istəyən hotel nümayəndələri Azərbaycan Hotel Assosiasiyası (AHA) ilə [email protected] elektron ünvana yazaraq əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, “Turizm haqqında” yeni qanun layihəsi Milli Məclisin dekabrın 27-də keçirilən plenar iclasında üçüncü oxunuşda təsdiqlənib. Qanun layihəsinə əsasən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana fəaliyyətə başladığı tarixdən altı ay ərzində ulduz kateqoriyası əldə etməlidir.