Ölkə turizmi

Turizm sənayəsində itki…

Azərbaycan turizminin təbliğində və dünyaya tanıdılmasında böyük xidmətləri olan Rüfət Yusifov 73 yaşında dünyasını dəyişib.
O, 1948-ci il iyunun 7-də Bakıda anadan olub.
1977-ci ildən Bakı Səyahət və Ekskursiya Bürosunun metodiki ekskursiya şöbəsinin rəhbəri olaraq çalışan Rüfət Yusifov fəaliyyəti dövründə ölkə turizminin formalaşması və inkişafına böyük töhfə verib.
Rüfət Yusifov Azərbaycanın turizm sənayesinin aparıcı mütəxəssisi kimi uzun illər bir sıra özəl turizm şirkətlərində və təşkilatlarında çalışaraq ölkə turizminin həm postsovet məkanında, həm də Avropa ölkələrində tanıdılmasında müstəsna rol oynayıb.
Rüfət Yusifov turizm sahəsində göstərdiyi xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.
Dövlət Turizm Agentliyinin rəhbərliyi və turizm sənayəsi tanınmış turizmçi Rüfət Yusifovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button