Ölkə turizmiTM

“Karabakh travel & tours” -un 3 ili oldu

15 oktyabr tarixi həm də “Karabakh travel tours” MMC -nin təsis olunan günüdür.
2020 -ci il 2-ci Qarabağ müharibəsi  zamanı , müzəffər ordumuzun döyüşlərdə əldə etdiyi zəfərlərdən ilhamlanaraq , doğma Qarabağımıza qovuşmaqa və ora yerli xarici  qonaqlara tanıtmaq məqsədilə bir xəyalın reallaşmasının ilk  addımını ataraq şirkəti təsis etdik… bu sözləri  “Karabakh travel tours” un təsiscisi turizm mütəxəssisi Kənan Hənifəyev müsahibə zamanı bildirib.
Bildiyiniz kimi  hal hazırda Qarabağ zonasında  yenidən qurma işləri  görülür və paralel olaraq da turizm infrastrukturunada da böyük önəm verilir. Yoldaş Hənifəyevin dediyinə görə bu il 15 oktyabr tarixi də xüsusi önəm kəsb edəcək. Ali baş komandanı cənab İlham Əliyevin  bu tarixdə üç rəngli  bayraqımızı  Xankəndidə Xocalıda Xocavənddə yüksəyə qaldırıb dalğalandırması şərəf və qürur vericidir. Bizdə turizm sənayesinin  nümayəndəsi olaraq , Qarabağ zonasının turizm potensialının  inkişafına və təşviqatı üçün bacarıqlarımızı göstərəcəyik.
Ümid edirik ki ,  tezliklə  turistlərimizi  qrup  turları şəklində Qarabağımıza səfərlər edəcəyik .

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button