Ölkə turizmi

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurası üzv şirkətlərlə görüş keçirib

Fevralın 11-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurası üzv şirkətlərlə 2022-ci ildə qurumun fəaliyyətinə dair iclas keçirib.
Təşkil olunan iclasda gələcəkdə yerli hotellərlə qarşılıqlı iş birliyinin yaradılması, qiymət siyasətinin qurulması, gəlmə turizmdə aktivliyin artırılması, eləcə də daxili turizm imkanlarından səmərəli istifadənin təşkil olunması, yay turizminə hazırlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində üzv şirkətlərin ötən ildə üzləşdiyi çətinliklər və irəli sürdükləri təklifləri dinlənilib, problemlərin həlli istiqamətində müzakirələr aparılıb.
İclasın sonunda turizm sənayesi nümayəndələrinin iş fəaliyyətinin səmərəlliyini artırmaq məqsədilə bu formatlı görüşlərin mütamadi olaraq keçirilməsi qərara alınıb.

ataa kataa k3

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button