Elanlar və tədbirlər

Ankaranın tarixi tibb mərkəzi

“Health Culture” press səfərimizin növbəti  günündə Ankaranın ən məşhur təhsil və tibb ocaqı olan  “Qazi” xəstəxanası oldu. Müəssənin inftrasturkturu göz oxşayırdı.  Hospitalın akt zalında  şəfa ocaqı  haqqında detallı məlumat veriləndən  sonra , bəzi  çətin görülən əməliyyatlar barəsində də danışılıb və göstərildi.

1691862713496 1691862713502

Xəstəxana 1979-cu ildə 175 yataq tutumu ilə fəaliyyətə başlayıb. 1982-ci ildə isə Qazi Universiteti qurulub  və “Ankara İqtisadiyyat və Ticarət Elmləri Akademiyası Tibb Fakültəsi” universitetə birləşdirilərək “Qazi Universiteti Tibb Fakültəsi” adlandırılıb.
Xəstəxanada Təcili Tibbi Yardım şöbəsi, Anesteziya və reanimasiya şöbəsi, Beyin və sinir cərrahiyyəsi, Ümumi cərrahiyə, Yoluxucu xəstəliklər şöbəsi, Fizioterapiya şöbəsi,  Kardiologiya, Boğaz-burun, Ortopediya, Radiologiya, Urologiya, Daxili xəstəliklər, Uşaq şöbələri, Dəri Zöhrəvi xəstəlikləri şöbəsi, Transplantasiya mərkəzi fəaliyyət göstərir.

44 il fəaliyyətdə olan  hospital müasir tibbin tələb etdiyi müxtəlif cür texnoloji avadanlıqlara  əhatə olunub. Cərrahi  bölməsində mütəxəssislər tərəfindən qabaqçıl tibb qurğularının vasitəsilə  bir çox əməliyyatları yüksək şəkildə yerinə yetirilib. Türkiyədə keyfiyyətli səhiyyə xidməti göstərən qurumlar arasında yer alan xəstəxana indi 1007 yataq tutumu ilə səhiyyə sahəsində mühüm təhsil, araşdırma və tətbiq mərkəzidir.
1691862713481 1691862713488

Xəstəxana haqqında ətraflı məlumat  :
https://hastane.gazi.edu.tr/

 

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button