Elanlar və tədbirlərÖlkə turizmiTM

Dövlət Turizm Agentliyi Suqovuşana mediatur təşkil edib

Oktyabrın 16-da Dövlət Turizm Agentliyi ölkənin 40-a yaxın kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni salınmış istirahət parkına mediatur təşkil edib.

Mediatur çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova KİV nümayəndələrinə məlumat verib ki, 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarının ətrafında park yaradılıb, əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Həmçinin ərazisi 7,5 hektar olan parkda turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Burada geniş yaşıllaşdırma işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib.

Azadə Hüseynova eyni zamanda qeyd edib ki, Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində yeni körpünün inşası, tarixi körpünün, mövcud Bayraq meydanının parka adaptasiyası həyata keçiriləcək, genişmiqyaslı abadlıq işləri görüləcək.

Xatırladaq ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Oktyabrın 15-də Prezident İlham Əliyev Tərtər rayonuna səfəri zamanı Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib, yaradılmış turizm infrastrukturu və abadlıq işləri ilə yaxından tanış olub.

sq4 sq3 sq2 sq1

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button