Elanlar və tədbirlər

ATB-nin İsrail Nümayəndəliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib

Sentyabrın 27-də Azərbaycanın İsrail Dövlətindəki Səfirliyi tərəfindən Azərbaycan Turizm Bürosunun İsrail Nümayəndəliyinin dəstəyi ilə Təl-Əviv şəhərində 44 günlük Vətən Müharibəsi şəhidlərinə həsr olunmuş Anım Günü tədbiri təşkil edilib.
Tədbirdə İsrail ictimaiyyətinin nümayəndələri, Türkiyənin İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri Şakir Özkan Torunlar, səfirliyin hərbi attaşesi, İsraildə təhsil alan azərbaycanlı tələbələr və elm adamları, jurnalistlər, habelə diaspor nümayəndələri iştirak ediblər.
Tədbir zamanı Vətən Müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli Muxtar Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində əldə edilmiş tarixi qələbə, Azərbaycan əsgərlərinin göstərdiyi şücaət, müharibənin ilk günündən başlayaraq ölkəmizin daim yanında olan qardaş Türkiyə, həmçinin İsrail dövlətinin göstərdiyi dəstəkdən bəhs edib.
Eyni zamanda iştirakçılar 19-20 sentyabrda həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunması barədə məlumatlandırılıb.
Daha sonra qonaqlara Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 27 Sentyabr – Anım Gününə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button