Ölkə turizmiTM

DTA və tabe qurumların əməkdaşlarına, həmçinin turizm sənayesi nümayəndələrinə vəsiqə və medallar təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 2 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilən Dövlət Turizm Agentliyinin və tabe qurumların əməkdaşlarına, həmçinin turizm sənayesi nümayəndələrinə vəsiqələr və medallar təqdim edilib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda turizmin inkişafı istiqamətində səmərəli xidmət göstərdiklərinə görə onların hər birinə təşəkkür edib və bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Xatırladaq ki, Sərəncama əsasən Ağayev Həsən Şahkərəm oğlu, Axundov Fuad Hüseyn oğlu, Davudova Sədaqət Rəhim qızı, Əliyev Nəzər Mirzə oğlu, Əzimov İlqar Firudin oğlu, Kazımova İlhamə Əlixan qızı, Kərəmov Murad İslam oğlu, Qafarova Şükufə Bala Əhməd qızı, Qasımov Kənan İsrail oğlu, Qəhrəmanov Göydəniz İbrahim oğlu, Maqsudov Balaş Maqsud oğlu “Tərəqqi” medalı ilə, Orucov Azər Aslan oğlu isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button