Elanlar və tədbirlər

Qarabağ Regional Turizm İdarəsi ,Ağdam rayonundakı hotellərdə maarifləndimə tədbiri təşkil olunmuşdur.

“Turizm İnformasiya Sistemi”nin tətbiqi və turizm subyektlərinin vahid rəqəmsal qeydiyyat bazasına inteqrasiyası istiqamətində növbəti addımlar atılmışdır. Regionda əlverişli biznes mühitinin dəstəklənməsi və yerləşmə müəssisələrinin rəqəmsal resurslardan istifadə imkanlarının genişləndirilməsi məqsədilə Qarabağ Regional Turizm İdarəsinin əməkdaşları tərəfindən Ağdam rayonundakı hotellərdə maarifləndirmə tədbirləri təşkil olunmuşdur. Görülən işlərin əsas məqsədi bölgədəki turizm obyektlərinin müasir texnologiyalardan istifadə etməsini təmin etmək və xidmət səviyyəsini yeni üsullarla daha da təkmilləşdirməkdir.
Görüşlər zamanı müəssisə rəhbərlərinə və əməkdaşlara müasir elektron platformaların üstünlükləri izah edilmiş, turizm reyestrindəki məlumatların mütəmadi olaraq yenilənməsinin və daim aktual saxlanılmasının vacibliyi bir daha sahibkarların diqqətinə çatdırılmışdır.
Eyni zamanda, görüşlər zamanı sahibkarların rəy və təklifləri dinlənilmiş, ortaya çıxan sualların operativ həlli istiqamətində onlara lazımi dəstək göstərilmişdir. Bu tədbirlər turizm obyektlərinin rəqəmsal platformalarda əlçatanlığını artırır və göstərilən xidmətlərin keyfiyyətini daha da yüksəldir.

Qarabağ Regional Turizm İdarəsi ,Ağdam rayonundakı hotellərdə maarifləndimə tədbiri təşkil olunmuşdur. Qarabağ Regional Turizm İdarəsi ,Ağdam rayonundakı hotellərdə maarifləndimə tədbiri təşkil olunmuşdur.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button