Dünya turizmi
Dünya turizmi 14 milyard dollar itirə bilər
Ukraynada müharibə uzanarsa, qlobal turizmin gəliri 14 milyard dollar azala bilər.
Bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) yaydığı press-relizdə deyilir.
“Ukrayna və Rusiya hava məkanının bağlanması, eləcə də bir çox Avropa ölkələrinin Rusiya aviadaşıyıcılarına qadağa qoyması səyahətlərə təsir edir”, – sənəddə qeyd olunur.