Ölkə turizmiTM

Dövlət Turizm Agentliyi 2025-ci ilin turizm sənayesinin illik məlumatını paylaşıb

Dövlət Turizm Agentliyi 2025-ci ilin yanvar-dekabr aylarını əhatə edən illik onlayn xəbər bülletenini təqdim edib. Onlayn nəşrdə qurumun hesabat dövründə həyata keçirdiyi fəaliyyətlər, əldə olunan nəticələr və turizm sektorunda baş vermiş əsas yeniliklər ümumiləşdirilmiş şəkildə əksini tapıb.

 

Bülletendə ölkəyə gələn xarici ziyarətçilərin statistik göstəriciləri, əsas hədəf bazarları, beynəlxalq sərgi və platformalarda iştirak, qlobal və yerli media, eləcə də rəqəmsal kanallar üzərindən aparılan tanıtım kampaniyaları və yeni əməkdaşlıqlar barədə məlumat verilir.

Regional turizmin inkişafı, qış turizmi, sağlamlıq və qastroturizm təşəbbüsləri, qrant proqramları, yerli icmaların dəstəklənməsi, turizm sənayesində xidmət keyfiyyətinin artırılması və maarifləndirmə tədbirləri bülletendə əks olunan istiqamətlərdəndir.

Milli kulinariyanın təşviqi, beynəlxalq qastronomiya festivalları və Azərbaycan mətbəxinin xarici bazarlarda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər də nəşrdə yer alıb.

Bülletenin əsas məqsədi Agentliyin fəaliyyəti barədə ictimaiyyətə sistemli və şəffaf məlumat təqdim etmək, turizm sektorunda görülən işləri və prioritet istiqamətləri ümumi çərçivədə təqdim etməkdir. İllik və yarımillik formatda hazırlanan nəşr qurumun rəsmi internet səhifəsinin “Xəbər bülleteni” bölməsində yerləşdirilir.

Keçid üçün link: https://tourism.gov.az/pages/xeber-bulleteni

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button