Ölkə turizmi

ATMU əməkdaşları “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” tədbirində

Mingəçevir Dövlət Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” adlı tədbir keçirilib. Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan forumun əsas məqsədi ali və orta ixtisas təhsilində keyfiyyət təminatı, dayanıqlı inkişaf, innovativ yanaşmalar, beynəlxalq akkreditasiya və universitet-sənaye əməkdaşlığı sahəsində aktual məsələlərin müzakirəsi, həmçinin bu istiqamətdə təcrübə mübadiləsinin aparılması olub.
Forum Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə iştirak edən dövlət rəsmiləri, universitet rektorları, sənaye nümayəndələri və ictimai təşkilat rəhbərləri çıxışlarında təhsilin keyfiyyətinin yüksəldilməsində ali təhsil müəssisələri, dövlət qurumları və özəl sektor arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, kadr hazırlığında keyfiyyət təminatı və innovativ yanaşmalar həlledici rol oynayır, praktik bacarıqlara əsaslanan tədris isə müasir dövrün əsas tələblərindəndir.
Forumda ATMU-nu Sosial idarəetmə fakültəsinin dekan müavini Sabir Quluzadə, Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Emin Quliyev, Biznes və menecment fakültəsinin (məktəbi) tyutoru Nicat Novruzov və Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin mütəxəssisi Alikper Rizayev təmsil ediblər.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button