Ölkə turizmi
Ağdam şəhərində “Hilton Garden İnn” hotelinə baxış keçirilib.

İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa-quruculuq işləri və əhalinin doğma yurdlarına qayıdışı prosesi sürətlə davam etdirilir. Bölgənin iqtisadi dirçəlişinə paralel olaraq, müasir turizm infrastrukturunun qurulması və yeni yerləşmə müəssisələrinin sayının artması bu prosesin mühüm tərkib hissəsidir. Bu baxımdan, Ağdam şəhərində yeni fəaliyyətə başlayan “Hilton Garden Inn” hoteli regionun qonaqpərvərlik imkanlarının genişlənməsində mühüm əhəmiyyət kəsb edir. Belə yüksək standartlı otellərin istifadəyə verilməsi buraya səfər edən yerli və xarici turistlərin rahatlığının təmin olunmasına, xidmət mədəniyyətinin yüksəldilməsinə və Qarabağın cəlbedici turizm mərkəzi kimi tanıdılmasına böyük töhfə verir.
Qarabağ Regional Turizm İdarəsinin əməkdaşları yeni fəaliyyətə başlamış “Hilton Garden Inn” hotelində olmuş, hotelin nömrə fondu, göstərdiyi xidmətlər, tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan konfrans zalları və qonaqların istifadə etdiyi ümumi sahələrə baxış keçirilmişdir. Ağdamda belə bir müasir infrastrukturun mövcudluğu regionun həm turizm, həm də işgüzar səfərlər üçün potensialını əhəmiyyətli dərəcədə artırır.




