Qonaqın hotel xalatını oğurladığını etiraf etməsi , internetdə qəzəb doğurdu
Sosial şəbəkədə hotel otaqlarından xalat oğurladığını etiraf edən əcnəbi turist, tənqid atəşinə tutulub. Bildiyiniz kimi hoteldə gündəlik qonaq üçün istifadəyə verilən gigeyenik dəstlər var ki , bu da qonaqların istifadəsi və özləri ilə götürməsinə izin verilir. Qonaqalarında bu üstünlüklər xoşlarına gəldiyi üçün o gigyenik dəstləri götürürlər. Amma bu dəfə qonaq hoteldən hamam xalatı götürdüyünü etiraf edib.
Səyahətçinin sözlərinə görə, oteldə qaldığı müddətdə o, təqdim olunan xalatların alına biləcəyini düşünüb, onlarla məsləhətləşmək üçün “Mumsnet”-də digər istifadəçilərlə əlaqə saxlayıb.
“Oteldən xalat, ikisini götürdüm. Özümü günahkar hiss edirəm, amma başqa heç nə götürmədim. Bunu başqası kimsə edibmi?” – belə bir müraciətlə o, forum istifadəçilərinin müraciət edib.
Düzdür, mehmanxana xalatlarının qonaqlar tərəfindən evə aparılmasına icazə verilmir, lakin bir hotel işçisi etiraf etdi ki, qonaqlar adətən hamam paltarlarını “özəlləşdirmə”faktları əsasən xarici qonaqlar tərəfindən olur ki ,daha rahat hərəkət edə bilirlər.
Şimali İrlandiyanın Belfast şəhərindəki dəbdəbəli otelin əməkdaşı Niamhın dediyinə görə, işçilər otaqda nəyinsə əskik olduğunu həmişə hiss etmirlər. O, müsahibəsində qeyd edir ki : “Hotel otağında həmişə işarələr olurdu ki, otaqda xalat yoxdursa, qonaqdan 50 usd haqq alınacaq. Amma biz hansı xalatların əskik olduğunu, hansının istifadə edildiyini və yuyulması lazım olduğunu qeyd etmirik – növbəmizdə görəcəyimiz başqa işlərimiz var, ona görə də çatışmayanları izləməyə vaxtımız yoxdur”.