Kateqoriyasız

Qırğızıstanla turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Azərbaycanla Qırğızıstan arasında turizm əlaqələrinin inkişafı perspektivləri iyulun 4-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev arasında keçirilən görüşdə müzakirə olunub.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, birgə təbliğat tədbirlərinin keçirilməsinin və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.
Həmçinin qarşılıqlı tanıtım səfərlərinin təşkili və turist mübadiləsinin artırılması üçün birbaşa uçuşların əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.
Səfir Kayrat Osmonaliyev tərəfindən bildirilib ki, cari ilin 22 iyul tarixindən etibarən Bişkek və Bakı arasında həftədə bir dəfə olmaqla birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında Qırğızıstandan Azərbaycana 1733 nəfər səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 51% artım deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button