İstanbul məşhur Lalə mövsümünə hazırdır
Lalə mövsümü İstanbulda baharın gəlişinin müjdəçisidir. Hər il İstanbulun göz önündə olan yerləri rəngbərəng bahar lalələri ilə bəzədilir. Bu da ziyarətçilərə şəhərin parlaq gözəlliklərini ehtiva edən zövqlü mənzərə ziyafəti təqdim edir. Məsələn, laləçiliyin akvakultura üsulundan istifadə edilərək Sultanahmet meydanında geniş lalə xalçası toxuyurlar. Bu nəfəs kəsən mənzərə həm yerli, həm də xarici ziyarətçiləri ovsunlayır. İstanbulda Emirgan bağı, Gülhane Parkı, Yıldız bağı, Soğanlı Botanik Parkı, Beykoz bağı, Büyük Çamlıca bağı, Küçük Çamlıca bağı, Fetihpaşa bağı, Hidiv Malikanəsi bağında da bənzər mənzərələrlə qarşılaşacaqsınız.
Lalə simvolu Türk mədəniyyət və incəsənətində önə çıxır.
Lalənin vətəni orta Asiyadır. Pamir dağı türkləri tərəfindən Anadoluya gətirilən lalə Türk mədəniyyəninin ən vacib simvollarından biridir. Soğanlı və ot bitkisi olan lalə 12-ci əsrdən etibarən əl işləri sənətində bəzək kimi istifadə edilməyə başlamışdır. Bu gözəl rəngarəng çiçək Osmanlı dövründə şeir, fərman, hekayə və miniatür mövzusu olaraq dəbə minmişdir. Lalə motivi məscidlərdə, qəbir daşlarında, saray işləmələrində, xalça və kilim naxışlarında, cehiz sandıqlarında, hətta sikkələrdə, dəbilqə və top tökmələrində də istifadə edilmişdir.
Əsasən çöl çiçəyi olan lalə 16-cı əsrdən başlayaraq Osmanlının paytaxtı İstanbulda yetişdirilməyə başlamış və şəhərin hər yerində bağ çiçəyi kimi əkilmişdir. Qanuni Sultan Süleyman dövründə lalə ehtirası daha da böyüyür, lalə bitkisinin fərqli növ və sortlarının artmasına səbəb olur. Özəlliklə şəhərin simvolu olan İstanbul laləsi bu dövrdə ortaya çıxıb. Sultan III Ahmedin dövründə lalə 2000-ə yaxın növü ilə elə diqqət mərkəzinə çıxır ki, 18-ci əsrin əvvəlinə Lalə Dövrü adını verirlər.
Hər rəngin fərqli mənası var.
Lalə çeşidləri artdıqca hər rəng başqa bir məna ifadə etməyə başladı. Qızmızı lalələr eşqi, bəyaz lalələr isə saflıq və məsumiyyəti təmsil edirdi. Bənövşəyi çiçəklər “ləyaqət və romantizmi”, sarı çiçəklər “sevinc” və “ümidsiz sevgi”ni ifadə edirdi. Nadir qarşılaşdığımız qara lalə “əlçatmazlıq və nadir”liyi ifadə etdiyi halda, zolaqlı lalə isə “gözəl gözlərin var” mesajı ötürürdü.
Türk mədəniyyətində bu qədər önəmli yeri olan möhtəşəm çiçək 15-ci əsrin ikinci yarısında əvvəlcə Avstriyanın Vyana şəhərinə, daha sonra Hollandiyaya gətirilərək Avropaya təqdim edilmişdir. Qısa müddətdə Hollandiyada məşhurlaşan lalə Kanadanın paytaxtı olan Ottavaya gətirilir və bütün dünyada məşhurlaşır.
Hazırda Anadoluda çoxlu lalə növü yetişdirilir. Bunlardan ən çox diqqət cəlb edəni “ağlayan gəlin” kimi tanınan “tərs lalə”dir. Dünya miqyasında 167 tərs lalə növü var; bunlardan 20-si endemik olmaqla 43 növü Türkiyədə qarşınıza çıxacaqdır.
yazdı : Aynur Əlləzova