Ölkə turizmi
FİTUR 2022 sərgisində 2 şirkətimiz təmsil etdi…
Hər il olduğu kimi bu il də (19-23 Yanvar) İspaniyada dünyanın ən böyük turizm sərgilərindən biri keçirilir – FİTUR 2022. 200000 m2 sahəni əhatə edən sərgi salonu 13 zal, 85 otaq, 2 konfrans zalından ibarətdir. Hər bir sərgi kimi FİTURun da özəlliyi vardır. Bu sərgini xüsusi edən burada Latın Amerikasının bütün ölkələrinin, İspaniya və Portuqaliyanın böyük ərazidə təmsil olunmasıdır. Digər ölkələrdən gələn nümayəndələr üçün adətən 2 zal ayrılır. Eyni zamanda burada otellər, texnologiya şirkətləri də geniş ərazini əhatə edirlər.
Bu il ölkəmizi FİTUR sərgisində 2 şirkət təmsil edir: Siso Travel və Avantage Travel. Təssüflər olsun ki, Azərbaycan FİTUR sərgisində kiçik ərazidə təmsil olunur. Bunun da bir neçə səbəbi vardır ki, bu haqda gələcək yazılarımda paylaşacam.
FİTUR sərgisində iştirak edən, ölkəmizi təbliğ edən şirkətlərə və “Azerbaijan Tourism Board”a uğurlar arzu edirəm. Unutmayın ki, hər bir şirkət Azərbaycanın səfiridir – ölkəmizi təbliğ edirlər, ölkəmizə valyuta axını yaradır, ölkədə işsizliyin aradan qaldırılmasında öz miqyasında dəstək verir və iqtisadiyyata da güclü dəstək verir.
hazırladı : İlkin Əhməd