Maraqlı

Dövlət Turizm Agentliyində “Turist hüquqları” adlı təlim keçirilib

İyunun 14-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə elan edilən, 18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində Dövlət Turizm Agentliyinin əməkdaşları və turizm üzrə ixtisaslaşmış ictimai təşkilatların nümayəndələri üçün “Turist hüquqları” mövzusunda təlim keçirilib.

Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Nail Məmmədov tərəfindən keçirilən təlimdə turizm hüququnun mənbələri, turistlərin hüquqları, turizm sahəsində hüquqi məsuliyyət, bu sahədə mövcud problemlər, Azərbaycan Respublikası Konstitusiyası, Mülki Məcəllə, beynəlxalq konvensiyalar və digər qanunvericilik aktlarında insan hüquqları ilə bağlı müddəalar haqqında ətraflı məlumat verilib.

İnteraktiv formada keçirilən təlim çərçivəsində iştirakçıların maraq doğuran sualları cavablandırılıb.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button