Elanlar və tədbirlər

Azərbaycan və Türkiyənin birgə turizm təlim layihəsi start götürüb

Bu gün Türkiyənin Antalya şəhərində Dövlət Turizm Agentliyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşlığı çərçivəsində təşkil olunan turizm üzrə təlim proqramına start verilib.

Məlumata görə, martın 25-nə qədər davam edəcək “Hotel və səyahət xidmətləri sahəsi – yemək və içki sahəsində təlimçilər üçün təlim” praktiki proqramında turizm təhsili və peşə təlimi üzrə çalışan və tədris edən təlimçi və mütəxəssislər iştirak edir.

I mərhələsi “Turizm təlimində müasir yanaşmalar” nəzəri proqramı ilə 21-25 fevral 2022-ci il tarixlərində Bakıda keçirilən layihənin Antalyada davam edən praktiki hissəsini Türkiyənin Milli Təhsil Nazirliyinin Antalya Falez Peşə və Texniki Anadolu liseyi təşkil edib. İlk mərhələyə qatılan 35 iştirakçı arasından təlimi uğurla başa vuran 14 nəfər layihənin II praktiki mərhələsinə cəlb olunub.

Layihənin əsas məqsədi turizm təhsili sahəsində fəaliyyət göstərən mütəxəssislərin təkmilləşdirilməsi, onların yeni təcrübə və biliklər əldə etməsinə dəstək göstərilməsidir.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button