Ölkə turizmi
17 dekabr, 2021-ci il tarixində Azərbaycan Hotel Assosiasiyasının (AHA) IV Baş Assambleyası baş tutmuşdur.
Bu ilki Assambleyada 5 nominasiya üzrə «Qonaqpərvərlik sənayesinin istedadları» adlı mükafatlar təqdim etdik.
Nominasiyada iştirak edən, video və müraciət materiallarını hazırlayan bütün hotellərə bir daha təşəkkür edirik!
Məmnuniyyətlə, qalibləri bir daha elan etmək istəyirik:
“Best Sales Person of the Year” – Fəxri Qəfərli – Qalaalti Hotel & Spa
“Best Housekeeping Employee of the Year” – Murad Babayev – Fairmont Baku, Flame Towers
“Best Guest Services Employee of the Year” – Teymur Şükürov – Four Seasons Baku
“Best Food & Beverage Employee of the Year” – Yana Ismayılova – Fly Inn Baku
“Most Creative Chef of the Year” – Əbülfəz Həbibov – Marriott Baku Boulevard Hotel
Azərbaycan Hotel Assosiasiyası olaraq, qalibləri təbrik edirik və bütün iştirakçıları sənayenin inkişafına davamlı töhfə verməyə çağırırıq. Çünki sizin hər biriniz Azərbaycan Qonaqpərvərlik sənayesinin əsl qəhrəmanısınız!