TMElanlar və tədbirlər
Trend
ABŞ səfirliyi Azərbaycan vətəndaşları üçün turistik vizaların verilməsini bərpa etdi
ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycan vətəndaşları üçün turistik vizaların verilməsini bərpa etdi.
Bununla bağlı səfirlik rəsmi səhifəsində məlumat yayıb.
Məlumata görə, Konsulluq şöbəsi hazırda Azərbaycan vətəndaşları və rezidentlərə petisiya əsasında iş, ekipaj vizaları (C1/D), tələbə vizaları (F və M), mübadilə proqram vizaları (J) və biznes/turizm (B1/B2) vizaları daxil olmaqla, bütün kateqoriyalar üzrə qeyri-immiqrasiya viza (NIV) görüşlərini təklif edir.
Eyni kateqoriyada olan əvvəlki vizası son 36 ay ərzində bitmiş ərizəçilərdən müsahibəsiz ərizələrini də qəbul edir.
Məlumatda vurğulanır ki, müsahibəsiz proses yalnız Azərbaycan vətəndaşları və rezidentlər üçündür və ən son viza müraciətləri imtina ilə nəticələnənlər müsahibəsiz prosesə uyğun deyillər. Əlavə məlumat üçün bu linkə keçid edin.