Dünya turizmiTM

2024 cü ildə Qətəri 5 milyon turist ziyarət edib

Turizm strategiyalarının hazırlanması və həyata keçirilməsindən məsul qurum olan “Qatar Turizm” tərəfindən edilən açıqlamada, ölkənin 2024-cü ildə 2023-cü ilə nisbətən 25 faiz artımla 5 milyondan çox ziyarətçi qəbul edəcəyi açıqlandı.

2024-cü ildə Qətəri 5 milyondan çox turist ziyarət edib. Açıqlamada 2024-cü ildə ölkəyə gələn ziyarətçilərin 41 faizinin Körfəz ölkələrindən, 59 % isə digər ölkələrdən olacağı, Qətərə isə turistlərin  56 % hava, 37 % quru, 7 % isə dəniz yolu ilə gəldiyini  bildiriblər. Qətərdə gecələmələrin sayının keçən ildə 8,8 milyonu keçdiyi, bu il təxminən 10 milyon gecələmə olduğu proqnozlaşdırılır. Ziyarətçilərin sayından məmnunluğunu ifadə edən Qətər Turizm İdarə Heyətinin sədri Saad bin Əli Əl Harci “Ziyarətçilərin beş milyonu keçməsi Qətər üçün mühüm nailiyyətdir. “Bu nailiyyət bizi ölkəni dünyada ən sürətlə inkişaf edən, ailələr üçün əlverişli dünya səviyyəli istiqamətlərdən birinə çevirmək vizyonumuzu həyata keçirməyə bir addım daha yaxınlaşdırır”.


Bildirilir ki, viza müraciəti proseslərinin asanlaşdırılması və “Hayya platforması” vasitəsilə 102 ölkə vətəndaşının vizasız girişinin təmin edilməsi turistlərin sayının artmasında mühüm rol oynayıb.
Turizmdəki uğur qlobal səyahət tendensiyalarına da təsir edir. Bu onu göstərir ki, müasir hotel şəbəkələrindən tutmuş mədəni və idman tədbirlərinə qədər təklif olunan geniş imkanlar turistlərin Qətərə üstünlük verməsini şərtləndirən amillərdir. Məsul şəxslər bu sürətin 2025-ci ilə qədər və ondan sonra da davam edəcəyini proqnozlaşdırırlar.
doha

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button