2022-ci ildə dünyada , turistlər üçün ən populyar yerlər müəyyən edilib
2022- ci ildə 1 milyarddan çox turist ziyarətləri qeydə alınıb və bu da son iki ildən yüksək göstəricidir. Digər maraqlı fakt odur ki , Türkiyə ilk dəfə ən çox ziyarət edilən ölkələr arasında ilk üçlükdə qərarlaşıb. İlk pillələri isə İspaniya və Fransa bölüşdürür.
Turizmin rəqəmlərdə təfərrüatları belədir : Ümumilikdə dünya üzrə 1 milyarda yaxın turist səyahət edib. 2021 ci ildə turist ziyarət sayı 447 milyon , 2020-ci ildə isə 409 milyona çatmışdı. 22-ci ilin göstəriciləri digər iki ildən ümumidə yüksəkdir.
Qardaş ölkə Türkiyə turizmi 2022 ci ildə 51 milyon turist qəbul edərək , 1 milyon fərqlə İtaliyanı qabaqlaya bildi. Onu da qeyd edək ki , İtaliya turizmi ziyarətçisinə görə neçə illərdir ki ilk üçlüyünü qoruyub saxlayardı. Türkiyə isə ilk dəfə olaraq top üçlüyə daxil oldu. Həmçinin Fransada 82 milyon turist ziyarətçisi qəbul edərək İspaniya turizmini qabaqlayıb. İlk beşliyi isə İtaliya və ABŞ tamamlayır.
Turist qəbuluna görə top-10 ölklərin siyahısı ilə tanış olun :
- Fransa 82 milyon turist
- İspaniya 74 milyon
- Türkiyə 51 milyon
- İtaliya 50 milyon
- ABŞ 50 milyon
- Meksika 40 milyon
- Yunanıstan 29 milyon
- Birləşmiş Krallıq Böyük Britaniya -28 milyon
- Almaniya 25 milyon
- Portuqaliya 23 milyon