Ölkə turizmi

Gəlmə turizm Komitəsinin görüşü baş tutub

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası hotellərlə gələcək əməkdaşlıq əlaqələrinin qurulmasına dair iclas keçirib
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Gəlmə Turizm Komitəsi 2022-ci ildə əməkdaşlıq edilən, eləcə də 2023-cü il üçün birgə iş birliyinin qurulması nəzərdə tutulan hotellərlə tərəfdaşlıq əlaqələrinin qurulması və sağlam rəqabətin yaradılmasına dair müzakirə aparıb.
İclasda ATAA üzvlərinin bir sıra hotellərlə biznez fəaliyyətinin qurulmasında üzləşdiyi çətinliklər, qiymət siyasətinin tənzimlənməsi, korporativ müqavilələrin imzalanması, uzun müddətli satışların həyata keçirilməsi üçün turpaketlərin formalaşdırılmasında mövcud olan süni maniələrin aradan qaldırııması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ötən il ATAA üzvləri ilə bir sıra hotellər arasındada əməkdaşlıq əlaqələrinin qurulmasında meydana çıxan problemlərin qarşılıqlı həllinin tapılması üçün yaxın zamanlarda birgə görüşlərin təşkili məsələsi də müzakirə olunub.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button