Xarici Xəbərlər

Türk Hava Yolları uçuşlarını məhdudlaşdırdı

Türkiyənin “Turkish Airlines” aviaşirkəti yeni növ koronavirus (COVİD-19) səbəbilə 5 şəhər istisna olmaqla bütün beynəlxalq reyslərini dayandırır.

Bu barədə öz “Twitter” səhifəsində aviaşirkətin baş direktoru Bilal Ekşi yazıb.

B.Ekşi bildirib: “Martın 27-dən aprelin 17-dək Honqkonq, Moskva, Əddis-Əbəbə, Nyu-York və Vaşinqton istisna olmaqla bütün xarici uçuşlarımızı dayandırırıq. Yük daşımaları davam etdiriləcək”.

Onun sözlərinə görə, ölkədaxili aviareyslər də həyata keçiriləcək, lakin onların sayı azaldılacaq.

Xatırladaq ki, son məlumatlara əsasən, Türkiyədə yeni növ koronavirusa 947 nəfər yoluxub. Koronavirusdan ölənlərin sayı 21 nəfər təşkil edir.

Etiketlər
Daha çox göstər

Əlaqəli məqalələr

Back to top button
Close
Close