Daxili Xəbərlər

Azərbaycan İslam Ölkələrinin Turizm Nazirlərinin Konfransının 11-ci sessiyasına ev sahibliyi etmək üçün müraciət edəcək

Azərbaycan İslam Ölkələrinin Turizm Nazirlərinin Konfransının 11-ci sessiyasına 2021-ci ildə Bakının ev sahibliyi etmək üçün müraciət edəcək.

TM-nın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev noyabrın 26-da İslam Əməkdaşlığı Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasında çıxış edərkən bəyan edib.

Agentlik sədri iyun ayında Qəbələ şəhərində “Turizmin inkişafında yerli icmaların rolu” mövzusunda keçirilməli olan, ancaq pandemiya səbəbindən təxirə salınan İslam Ölkələrinin Turizm Nazirlərinin Konfransının 11-ci sessiyasına 2021-ci ildə Bakının ev sahibliyi etməsi üçün müraciət olunacağını bildirib.

Daha çox göstər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close