Elanlar və tədbirlərDünya turizmi

“Türk dünyasının Turizm Paxtaxtı 2023 – Şamaxı”nın bağlanış mərasimi keçirilib

Dekabrın 26-da Şamaxıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə “Türk dünyasının Turizm Paxtaxtı 2023 – Şamaxı”nın bağlanış mərasimi keçirilib.

Tədbirdə TDT-nin üzv dövlətlərindən turizm üzrə məsul qurumların nümayəndələri, Qazaxıstan Respublikasının Türkistan şəhərinin və Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndə heyətləri iştirak edib.

Bağlanış mərasimində Şamaxı ilə yanaşı 2024-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilmiş Türkistan şəhərinin turizm potensialı tədbir iştirakçılarına təqdim edilib, təbliğat videoçarxları nümayiş etdirilib.

Bağlanış mərasiminin sonunda Qazaxıstanın Türkistan şəhərinin 2024-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi ilə əlaqədar simvolik açar Türkistanın nümayəndə heyətinə təqdim edilib.

Xatırladaq ki, 2022-ci ilin 23-24 may tarixlərində Şamaxı şəhərində təşkil edilmiş Türk Dövlətləri Təşkilatının Turizm üzrə Nazirlərinin 7-ci iclasında Şamaxı şəhəri 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilib.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button