Xarici Xəbərlər

Şarm əl-Şeyx kurortu “yaşıl şəhər” elan edilib

Misirin Cənubi Sinay qubernatorluğu Qırmızı dənizin sahilində yerləşən məşhur Şarm əl-Şeyx kurortunu “yaşıl şəhər” elan edib. Vilayətin qubernatoru bildirib ki, bu turizm məkanında tezliklə ekoloji cəhətdən təmiz məişət ləvazimatlarının istehsalına başlanacaq, plastik qablardan istifadə qadağan olunacaq və günəş enerjisi ilə işləyəcək elektrik stansiyaları qurulacaq.

“Egyptindependent” saytına istinadla xəbər verir ki, Cənubi Sinayın Turizm Departamenti “yaşıl şəhər” layihəsini həyata keçirmək üçün vilayətin sərmayəçiləri və otel sahibləri ilə görüş keçirib. Qeyd olunub ki, ildən-ilə daha çox turist cəlb edən bu şəhərdə yenilənən enerji mənbələrindən istifadə olunması böyük əhəmiyyətə malikdir. Misirin günəşli iqlimini nəzərə alan sərmayədarlar bu enerji mənbəyi ilə işləyən stansiyaların qurulmasına maliyyə vəsaiti ayıracaqlarını bildiriblər. İlk addımı isə ölkənin Ətraf Mühit Nazirliyi atacaq: Şarm əl-Şeyxdə ilkin olaraq 5 meqavat, daha sonra gücü 40 meqavata çatdırılacaq ilk günəş elektrik enerjisi stansiyası istifadəyə veriləcək. Misir kurortunun bu mühüm təşəbbüsünə BMT-nin İnkişaf Proqramı da qoşulub. Bu təşkilatın dəstəyi ilə bir il əvvəl də 5 milyon dollar dəyərində ekoloji layihə həyata keçirilib.

Etiketlər
Daha çox göstər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close