Turizm / Xidmət

Rumıniya mətbuatında “Asan visa” sistemi barəsində yazıblar

Rumıniyanın “AmosNews” xəbər agentliyi   rumın dilində “ASAN Viza” sistemi barədə məqalə yayıb.

Məqalədə ölkəmizin turizm sahəsində mühüm nailiyyətlər əldə olunduğu qeyd olunub. Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası istiqamətində turizm sahəsinə xüsusi diqqət ayrıldığı bildirilib. Rəqabət qabiliyyətli inkişaf üçün iqtisadiyyatın müxtəlif sahələrində aparılan iqtisadi islahatlar turizm sahəsinin inkişafına öz töhfəsini verməkdədir. “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixli Fərmanı ölkəyə giriş-çıxışın sadələşdirilməsi turizmə dəstək verən ən mühüm addımlardan biridir. Bununla da, Azərbaycana gəlmək istəyən əcnəbi turistlər tez bir zamanda viza əldə edib, ölkəmizin gözəl guşələri ilə tanış olmaq imkanı əldə ediblər.

Məqalədə “ASAN Viza” sistemindən istifadə qaydaları, rahatlığı barədə geniş məlumat verilib.

Etiketlər
Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close