Daxili Xəbərlər

Azərbaycan turizminin təbliğində və dünyaya tanıdılmasında müstəsna rolu olan Oktay Rzayev 80 yaşında dünyasını dəyişib.

Oktay Rzayev 24 iyul 1940-cı ildə Bakı şəhərində anadan olub.
Azərbaycanın tarixi, paytaxt Bakı və ölkənin digər bölgələrinin turizm imkanları haqda geniş məlumata sahib olan Oktay Rzayev uzun illər turizm sahəsində çalışaraq ölkə turizminin nəinki postsovet məkanında, eləcə də bir çox qərb və Avropa ölkələrində tanıdılması üçün müstəsna rol oynayıb.
Oqtay Rzayev Azərbaycanın turizm sənayesinin aparıcı mütəxəssisi kimi ölkənin turizm imkanları, Azərbaycanın gəzməli və görməli yerləri haqqında xarici auditoriyanının daha geniş məlumatlandırılmasında fəal iştirak etmişdir.
Dövlət Turizm Agentliyinin rəhbərliyi və kollektivi tanınmış turizmçi Oktay Rzayevin vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

Daha çox göstər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close