Dünya turizmi

Türkiyənin mədəniyyət və turizm naziri Azərbaycan stendini ziyarət edib

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirilən EMİTT 2022 – Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi çərçivəsində Azərbaycan milli stendini ziyarət edib.

Ziyarət zamanı türkiyəli nazir Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun nümayəndələri ilə görüşüb.

Mehmet Nuri Ersoy milli stendlə tanışlıq zamanı Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin hazırkı inkişafını yüksək qiymətləndirmiş və gələcək prespektivdə bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirmişdir.

Qeyd edək ki, Fevralın 9-da Türkiyənin İstanbul şəhərində start götürən EMİTT 2022 – Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri təmsil olunur. Stenddə eyni zamanda 5 yerli turizm şirkəti, 1 mehmanxana qrupu ve “Azərbaycan Hava Yolları” QSC də qatılıb.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button