Xarici Xəbərlər

Misirdə turizmin təbliği üçün xüsusi televiziya kanalı açılacaq

Misir parlamentinin fevralın 11-də keçirilən iclasında deputatlar turizmin təbliği üçün xüsusi dövlət televiziya kanalı açılması təklifi ilə çıxış ediblər. Ölkə rəhbərliyinin bu təklifə müsbət cavab verdiyi də bildirilir.
“Egyptindependent” nəşrinə istinadla xəbər verir ki, parlamentin üzvü Suad Almasri qeyd edib ki, dövlətin maliyyə ayıracağı televiziya kanalı Misirin zəngin turizm məkanlarını turistlərə tanıtmaq məqsədilə müxtəlif dillərdə yayım aparmalıdır. O əlavə edib ki, bu təcrübə turizm sektorunun inkişaf etdiyi bir neçə ölkədə var, halbuki, onların əksəriyyətində Misirdə olduğu kimi çoxlu qədim abidələr yoxdur. Deputatın sözlərinə görə, yeni təklif turizmin tezliklə ölkə büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilməsi baxımından da əhəmiyyətlidir.

Deputatlar, həmçinin təklif ediblər ki, turizm telekanalı dövlətdən maliyyə vəsaiti almaqla yanaşı, otellərin reklamından da külli miqdarda pul qazana bilər. Vəsaitin bir hissəsi isə Misirin tarixi abidələrinin və arxeoloji məkanların bərpasına yönəldiləcək.

Etiketlər
Daha çox göstər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close