Turizm / Avia

“LOT” şirkəti ilə danışıqlara başlanıb.

Polşa ilə Azərbaycan arasında birbaşa aviareyslər barədə “LOT” şirkəti ilə danışıqlara başlanıb.

Bu barədə Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Senqsşmid Polşanın www.waszaturystyka.pl saytına müsahibəsində məlumat verib.

O bildirib ki, hazırda “LOT” şirkəti Polşa ilə Gürcüstan arasında birbaşa uçuşlar həyata keçirir. Bu da ölkəmizə əlavə turist cəlb edir. Azərbaycan ilə birbaşa uçuşlar da perspektivli olacaq. Çünki polşalı turistlər ölkəmizə böyük maraq göstərirlər. 2020-ci ildə Polşa vətəndaşları üçün elektron viza prosedurunun sadələşdirilməsi və hava nəqliyyatında variantların artırılması gələn turistlərin sayının artmasına rəvac verəcək.

Cari ildə Polşadan Azərbaycana gələn turistlərin sayı 32 faiz artıb.

Etiketlər
Daha çox göstər
Back to top button
Close
Close