Daxili Xəbərlər

KORONAVİRUSLA əlaqədar Novruz Bayramında turist axını gözlənilmir

“Son günlər qonşu ölkə İranda koronavirusun yayılması, keçid məntəqələrdə gücləndirilmiş iş rejimi, hər bir turistin ciddi şəkildə yoxlanması, giriş-çıxışa məhdudiyyətlərin tətbiqi ölkə turizimnə ciddi təsir göstərir”.

Redaktor.az-a açıqlama verən turizm eksperti Kənan Hənifəyev belə deyib. O bildirib ki, Novruz bayramı ilə əlaqədar çox sayda turist qəbul etməklə bağlı proqnozlar və reservasiyalar var idi. Amma virus səbəbindən hazırda həmin rezervasiyaların çox hissəsi ləğv edilib:

“Demək olar ki, İrandan gələn sifarişlər kəskin şəkildə azalmağa başlayıb. Bu da bir növ mart ayı üçün otel biznesinə ziyan vura bilər. Ümumiyyətlə, virusa görə dünya turistləri artıq səyahətlərini məhdudlaşdırmağa başlayıb. Tətil üçün səfərlər azalıb. Hazırda sadəcə biznes və işlə əlaqəli səfərlər mövcuddur. Çinlə uçuşlar müəyyən müddətlik bağlanıb və gediş-gəliş məhdudlaşdırılıb. Lakin digər ölkələrdə hələ ki, vəziyyət qaydasındadır və bu aylar ərzində nəzərdə tutulan səfərlər icra olunur”

mənbə: redaktoraz (c)

Etiketlər
Daha çox göstər

Əlaqəli məqalələr

Həmçinin oxuyun

Close
Back to top button
Close
Close