Ölkə turizmi

AZAL turizm agentliklərinin nümayəndələri ilə görüşüb

29 Sentyabr Azərbaycanda Turizm işçiləri günüdür. Bu xüsusi gündə AZAL və turizm agentlikləri turizm və aviasiyanın inkişafını müzakirə ediblər.

“Ritz-Carlton” hotelində səmimi şəraitdə keçən görüş zamanı Azərbaycanın bu sahədə dünya miqyasında mövqeyinin möhkəmləndirilməsi üçün səmərəli qarşılıqlı fəaliyyətin əhəmiyyətinə xüsusi diqqət yetirilib. Həmçinin marşrut şəbəkəsinin genişləndirilməsi, sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi, maraqlı turizm təkliflərinin yaradılması və bir çox digər aktual məsələlərə baxılıb.
Turizm agentliklərinin nümayəndələri də öz növbəsində yeni turizm təklifləri yaratmaq, səyahətləri daha da rahat və maraqlı etmək üçün aviaşirkətlə fəal əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Hər iki tərəf əməkdaşlığın möhkəmləndirilməsində israrlı olduqlarını vurğulayaraq, bu cür görüşlərin davam edəcəyini qeyd edib.
azal gorus

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button