TMElanlar və tədbirlər
Trend

ABŞ səfirliyi Azərbaycan vətəndaşları üçün turistik vizaların verilməsini bərpa etdi

ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycan vətəndaşları üçün turistik vizaların verilməsini bərpa etdi.

Bununla bağlı səfirlik rəsmi səhifəsində məlumat yayıb.

Məlumata görə, Konsulluq şöbəsi hazırda Azərbaycan vətəndaşları və rezidentlərə petisiya əsasında iş, ekipaj vizaları (C1/D), tələbə vizaları (F və M), mübadilə proqram vizaları (J) və biznes/turizm (B1/B2) vizaları daxil olmaqla, bütün kateqoriyalar üzrə qeyri-immiqrasiya viza (NIV) görüşlərini təklif edir.

Eyni kateqoriyada olan əvvəlki vizası son 36 ay ərzində bitmiş ərizəçilərdən müsahibəsiz ərizələrini də qəbul edir.

Məlumatda vurğulanır ki, müsahibəsiz proses yalnız Azərbaycan vətəndaşları və rezidentlər üçündür və ən son viza müraciətləri imtina ilə nəticələnənlər müsahibəsiz prosesə uyğun deyillər. Əlavə məlumat üçün bu linkə keçid edin.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button