Köşə

“Hər hotel özünə istənilən ulduzu təyin etməyəcək..” : Kənan Zabitzadə

Kənan bəy , ümid edirəm ki pandemiya dövründə bir turizmçi olaraq kefiniz neçə olması sualının cavabını bildiyimizə görə ,istərdim bir başa olaraq mövzü ilə baglı suallarımızı ünvanlayaq. Bildiyiniz kimi son günlərdə hotellərimizə klasifikasiya qaydaları ilə bağlı yeniliklər olub.Bu mövzü ətrafinda oxucularımızı maarifləndirib və fikirlərinizlə tanış edərdis.

Çox sağolun, pandemiya dövründə yaxşı olmaqa çalışırıq. Əslində ulduz təsnifatı ilə bağlı məsələlər ötən ilin may ayından etibarən gündəmdədir, lakin mövcud karantin şəraiti yoxlanışlara imkan tanımırdı . Mən bu addımı çox müsbət qarşılayıram, çünki, keçən dövr ərzində bir çox hotel heç bir quruma müraciət etmədən özü-özünə ulduz təyin edirdi. 5 ulduz adı daşısa da xidmət və əşya sayı 3 ulduz səviyyəsində olan nə qədər hotellər var idi. Məncə bu qərar Azərbaycanda hotellərin düzgün şəkildə sinifləndirməsini təmin edəməyə kömək olacaq.

Hotellərdə ulduz təsnifatı nədir?

Təsnifat bir müəssisənin həmin tipli müəssisələr üçün istər yerli, istərsə də xarici orqanlar tərəfindən təyin edilmiş qaydalara cavab verməsidir. Hotel sektoru da elə bir sahədir ki, dünyanın harasında hansı hotelə gətsən müəyyən vacib standartlara cavab verməsi lazımdır. Siz standartları bilməsəz belə, ən azından səthidə olsa bu haqda bilikləriniz olur. Məsələn otağınız təmiz halda sizə təqdim olunması və yaxud otağınızda mütləq hamam olması, hamamların isə öz daxilində təmiz dəsmallar ehtiva etməsi kimi qaydaları bir çoxunuz bilirsiniz. Lakin, bununla belə bir hotelin fəaliyyətində hər zaman kənar orqanlarında nəzarəti olur və bu nəzarətdin nəticəsində yaranan yoxlanışdan keçən hotellər müəyyən status qazanır.

Azərbaycanda ulduz təsnifat qaydalarına hansı qurum nəzarət edir ?

Əvvəllər ulduz təsnifatı qaydaları ilə bağlı bütün səlahiyyətlər Mədəniyyət və Turizm nazirliyinin tərkibində idi və onların təyin etdiyi şəxslər hotelləri yoxlanışdan keçirərək ulduz verirdilər. İndi isə Azərbaycan Hotellər Asosasiyası bu vəzifəni yerinə yetirir.

 

Hotellər ulduz əldə etmək üçün necə müraciət edə bilərlər?

 

Ulduz təsnifatı hotellərin AHA nın rəsmi web saytında yerləşdirilən müraciət formasını doldurub, AHA- ya geri göndərməklə olacaq. Bu müraciət əsnasında hotel yoxlanışdan keçərək müraciət etdiyi ulduzu ala bilər.

AHA ulduz təsnifatı zamanı hansı beynalxalq qaydalara əsasən bu vəzifəni yerinə yetirəcək?

 

AHA 2019 ci ildən bəri HOTREC in müşahidəçi üzvüdür və bu səbəblə də ulduz təsnifatı zamanı HOTREC in alt qurumu olan HotelStars Union-un qaydaları tədbiq edib. Avropda bir çox qurum məhz HotelStars Unionun meyara qaydalarından istifadə edir. Hotel Stars Union hər beş ildən bir qaydalarda müəyyən yeniliklər edir. Bu il kriteriyalar HotelStars Unionun 2020-2025 ci üçün nəzərdə tutduğu qaydalara uyğunlaşacaq.

 

Hotellər ulduz almaq neçə meyara cavab verməlidir?

 

Ilk olaraq onu qeyd edim ki, hər bir hotel ulduz sayından aslı olmayaraq inimum ortaq 33 meyara sahib olmalıdır. Misal olaraq hər bir otel təmizlik və gigiyena qaydalarına riayət etməli və yaxud qonaqın otaqında işıq lampası, yataq ,hamam, sanitar qovşaq kimi təməl materialların olması vacibdir. Qeyd edilən bu 33 minumum meyar həmin təməl standarlardır.
Bundan əlavə müvafiq olaraq (təməl 33 meyar aşağıdakı meyarların içinə daxildir)
1 ulduz hotel – minimum 46 meyar
2 ulduz hotel – minimum 54 meyar
3 ulduz hotel – minimum 76 meyar
4 ulduz hotel – minimum 95 meyar
5 ulduz hotel – minimum 114 meyara
sahib olmalıdır.

Hotellər öz standartlarını yoxlayarkən nələrə diqqət etməlidir?

 

“HotelStars Union”un jurnalına baxarkən bəzi tələb olunan və yaxud olunmayan meyarların üzərində kiçik rəqəmli açıqlama simvolları var. Həmin simvolların mənalarını oxumaqlarını məsləhət görürəm, çünki, ola bilər ki, qeyd edilən meyar sizdə yoxdu, lakin ona ekvalent başqa bir orda qeyd edilməyən meyara sahibsiz və açıqlamada həmin meyar ekvalent ola bilər qeyd olunubsa, siz yenə də meyar xalını qazana bilərsiz. Misal qeyd olunub; hoteldə ayaqqabı təmizləmə maşını olması və bu aparat sizdə yoxdu, lakin siz maşın əvəzinə ayaqqabı təmizləmə xidməti verə bilirsinizsə, (insan əməyi ilə) yenə həmin xalı ala bilərsiz.Eləcə də həmin simvol sizə xəbərdar edici məlumat verə bilər. Misal üçün siz hər gün otaq təmizliyi xidməti təklif edirsiz, lakin, siz həmçinin həmin xidmətdən qonağın imtina etmək səlahiyyətinin olmasını da qəbul etməlisiz. Jurnalda toplam 60 extra informasiya verən simvol var.

AHA ilə “HotelStars Union”un təqdim etdiyi meyarlarda hər hansı bir fərqlilik var?

AHA-nın tərcümə edib paylaşdığı meyar ilə HotelStars Unionun təqdim etdiyi meyarlar arasında elə də fərq yoxdu ,lakin mənim Azərbaycan dilli meyarlar jurnalında diqqətimi çəkən bir məqam oldu. “HotelStars Union” kriteriya jurnalına görə təqdim olunan 247 meyar həmçinin müəyyən xallara da sahib olur. Məsələn elə meyar varki, ona sahib olsanız 1 xal ala bilərsiz, elə meyarda var ki, ona sahib olsanız 5 xal. Həmçinin xal sayı üçün də minumum xal sayı qeyd olunub.
Müafiq olaraq;
1 ulduz hotel üçün minum 100 xal
2 ulduz hotel üçün minumum 200 xal
3 ulduz hotel üçün minumum 320 xal
4 ulduz hotel üçün minumum 450 xal
5 ulduz hotel üçün minumum 620 xala
sahib olmaq lazımdır.
AHA tərəfindən tərcümə olunmuş jurnalda minumum xal sayı var, lakin hər meyar neçə xala sahibdir, bu qeyd olunmayıb. Ola bilər ki ulduz təsnifatı zamanı yalnız meyar sayı nəzərə alınacaq.

Ulduz təsnifatı hotellərə nə kimi faydalar verə bilər?

 

Fikrimcə ulduz təsnifatı bir hotelin standartlara riayət etməsinə daha yaxşı şərait yaradır və düzgün bütün tələb olunan meyarlara cavab verən hotel həm də yüksək müştəri məmnuniyyəti qazanır. Eləcə də müştəri məmnuniyyəti bir hotelin satışının artmasında ən mühüm rol oynayan amillərdən biridir.

 

Ulduz təsnifatının təyin edilməsi hotellərin inkişafına təkan verəcək yoxsa fəaliyyətlərini məhdudlaşdıracaq ?

 

Belə ki, hər hotel özünə istənilən ulduzu təyin etməyəcək, fərqli ulduzlu hotellər arasında qiymət fərqi daha yaxşı gözə çarpacaq lakin mənim fikrimcə ulduz meyarları o qədər də inkişafa səbəb olmur. İnkişaf həmin ölkədə ki turizm bazarı mühütü, hava yolları,coğrafi və iqtisadi şərait və s. tipli şeylərdən daha çox aslıdır.

Bildiyiniz kimi Qarabağ turizminin inkişafı üçün ən başlıca işlərdən biri infrastrukturun qurulmasıdır. Sizcə Qarabağ ərazisində hansı tipli otellər tikilməlidir ?

 

Qarabağ bölgəsinin coğrafi şəraiti elədir ki, orada füsünkar Welness, Thermal və Resort tipli hotellər tikmək olar. Eləcə də, Şuşada bəzi qədim tipli evləri bərpa edərək xüsusi Boutiqe hotellər , şərabçılıq olan sahələrdə Aqro tipli kiçik hotellər inşa etmək olar.


Hotel işində yeni olan sahibkarlara və həmkarlara lazım olan 5 məsləhətiniz nədən ibarət olardı ?

 

Bu əslində çox geniş cavab veriləcək sualdır. Mənim əsas beşlikdə olan fikrim belədir;

  1. Hər hansı bir hotələ yatırım etməzdən əvvəl, hotelin hansı ərazidə olması və həmin ərazidə hansı tipli hotelin tikilə biləcəyini düzgün qərarlaşdırın.
    2. Əgər hotel sahəsində təcrübəniz yoxdursa, mütləq Hospitality şirkətlərlə əməkdaşlıq edin . Bu sizin yatırımızın çox dağılmasına imkan verməyəcək.
    3.Əgər hotel sahənizdə biliyiniz azda olsa varsa və özünüz müstəqil idarə etmək istəyirsizsə, o zaman, insan kapitalına önəm verin. Az maaşa çalışan biliyi olmayan işçidənsə, hər zaman bilikli normal maaşa çalışan işçi daha yaxşıdır.
    4. Hoteldə otaq satışı ilə bərabər çalışın restoran və bar xidmətinizi də brendləşdirəsiz.Gəliriniz 25-40% arası arta bilər.
    5. Son olaraq hoteli açan kimi tez gəlir qazanmağa fokuslanmayın. Bir hotelin tanınması inkişaf etməsi 1-3 il arası çəkə bilər və sonra gəlirləri müsbət ola bilər. Bizdə təəssüf ki bir çox sahibkar hoteli açan kimi gəlir gözləyir və o gəlir gəlmədik də isə, neqativə qapılaraq ya işçilərə qarşı aqressiv olur yada hoteli yenidən bağlayır.

hazırladı : Turizm Media

 

Etiketlər
Daha çox göstər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close