Daxili XəbərlərKöşə

“Gənclər Turizmi” ictimai birliyi – 12 yaşında

Azərbaycan turizm son dövrlər öz inkişaf mərhələsindədir. Cənab Prezidentin turizmə olan diqqət və qayğısı nəticəsində , görülən kompleks işlər nəticəsində ölkəmizə çoxlu sayda turistlərin gəlişi statistiki göstəricilərdə öz əksini tapır. Ölkə turizmi üçün Dövlət Turizm Agentliyi , turizm şirkətləri, müxtəlif turizm assosiasiyalarının , təşkilatların vəhdət şəkildə fəaliyyəti turizmin peşakarlaşmasına və xaricdən gələn qonaqlara düzgün xidmət göstərilməsinə zəmin yaradır.
Həmin təşkilatlardan biridə “Gənclər Turizmi” ictimai birliyidir. Təşkilat artıq 12 ildir fəaliyyət göstərir və ölkə turizmində gənclər sektorunda yüzə yaxın layihələr tədbirlər keçirdərək, gənc turizmçilərə ölkə turizminə öz dəstək və töhfələrini veriblər.

8 yanvar tarixi ictimai birliyin təsis günü yaranma tarixidir. Təşkilat barəsində və təşkilatın gələcək faəliyyəti barəsində , ictimai birliyinin həmtəsisçisi olan Kənan Hənifəyev və sədr İzzət xanım Rəhimli suallarımızı cavabalandırdılar.

– Kənan bəy ilk növbədə birliyin 12 yaşı münasibətilə sizləri təbrik edərdik və bilmək istərdik ki , bu təşkilat neçə yarandı ?

Təşəkkür edirəm , birlik 2008 ci ildə 8 yanvar tarixində təsis edilməmişdən önçə bir qrup turizm ixtisaslı tələbələrin təşəbbüsü olaraq 2007 ci ildə Azərbaycan Gənclər Turizm Klubu kimi fəaliyyətə başlamışıq. Klub olaraq 1 il fəaliyyət göstərdikdən sonra , idarə heyyətin üzvləri həmtəsiscilərin qərarı ilə ictimai birlik kimi fəaliyyətimizə davam etməyə qərara alındı. Təşkilat olaraq daxili strukturmuz var. İctimai birliyin idarətetməsi , təşkilatın sədri və idarə heyyəti üzərində aparılır. Sədrin fəaliyyət müddəti 2 ildən bir seçilir.

– Kənan bəy təşkilatın fəaliyyəti barəsində məlumat verərdis

İctimai birliyimiz 12 il fəaliyyət müddətində yüzə yaxın tədbirlər layihələr keçirmiş , mindən artıq gəncləri turizm layihlərinə təlimlərinə cəlb etmişik. Təşkilatımız əsasən Azərbaycan Gənclər Fondu , nazirliklər və digər ictimai qurumlarla əməkdaşlıq edir. Fəaliyyətimiz müddətində ölkə turizmində gənc ixtisaslı kadrların şəbəkələşməsi və peşakar fəaliyyət göstərməsi əsas istiqamətlərimizdən biri olub.

– İzzət xanım təşkilatın gələcək fəaliyyətini və yeni sədrlik dönəminizdə görüləcək işlər barəsində oxucularımıza tanış edərdis.

2019 ci ilin oktyabr ayında idarə heyyətin qərarı ilə təşkilatın yeni sədri təyin edildim.Özüm həmçinin turizm sənayəsində çalışıram və tələbə vaxtında ictimai işlərlə təşkilatçılıqla bağlı fəaliyyətim olub. idarə heyyətinin mənə göstərdiyi bu etimada görə özümü şanslı sayıram və fəaliyyətim müddətində təşkilata yeniliklər və maraqlı layihələr ərsəyə gətizdirəcəyik. Azərbaycanda Turizm istiqaməti üzrə olan ictimai-birliklər arasında ilklərdən biri də bizim “Gənclər Turizmi” təşkilatıdır. Birliyimizin 12 il fəaliyyət zamanı və tarixinə baxarkən bir gənc olaraq bu işin məsuliyyətini və xoş həyacanını hiss edirsən. Artıq 2020-ci ilin üçün fəaliyyətimiz planı hazırlanıb və gənclərimiz üçün maraqlı tədbirlər layihlərlə tanış edəcəyik. Tədbirlərimiz barəsində facebook sosial şəbəkəsində olan səhifəmizdə elanlar paylaşılacaq və hər bir turizm səyahət sevər gənc tədbirlərimizə qoşula bilər.
https://www.facebook.com/YouthTourism

-İzzət xanım Azərbaycan turizmində Gənclər turizminin rolunu neçə görürsüz və gənclərə çağırış olaraq nə demək istərdis ?

Ümumiyyətlə gənclər ölkəmizin aparacı qüvvələrindən biridir və cənab prezidentin hər zaman gənclərə dəstək olması və onların vətənpərvər ruhda formallaşması ,dövlətə xeyirli vətəndaş olmasını istəyir. Bizdə gənc olaraq, ölkə turizmində gənclərin fəaliyyitini onların turizm ixtisası üzrə maariflənməsini və inkişafı üçün çalışmalıyıq. “Gənclər Turizmi” ictimai birliyinin istəyidə gənclər turizmini ölkəmizdə fəaliyyətini genişləndirmək bu istiqamət üzrə dövlət qurumları ilə birgə iş birliyi görərək , ölkə turizminə töhfəmizi verməkdir. Gənclərə çağırış olaraq demək istərdim ki , təşkilatımızın bir üzvü bir hissəsi olmaqa sizləri dəvət edirik . Yeni maraqlı layihələrinizi birgə ərsəyə gətirməyə hazırıq və ölkə turizmi üçün yeniliklərə hər zaman açıq və maraqlıyıq.

hazırladı : Nuru Paşaoğlu

Etiketlər
Daha çox göstər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close