Köşə

“Qərbin Qəlbi Gədəbəy” – Lalə Zeynalova ilə müsahibə

Salam Lalə xanım , bildiyimiz kimi Parlament seçkilərinə bir gənc olaraq öz namizədliyinizi irəli sürmüsüz. İlk növbədə 9 fevral seçkilərində sizə uğurlar arzu edirik.
Namizədliyiniz Gədəbəy 103 saylı seçki dairəsində qeydə alındıqdan sonra, təşviqat – təbliğat kampaniyanız da seçki platformalarınızdan biri turizm istiqamətidir. Gədəbəydə turizm üzrə təklifləriniz və “Qərbin Qəlbi Gədəbəy” layihəniz diqqətimizi çox cəlb etdi. İstərdik sizi yaxından tanıyaq və turizm təklifləriniz barəsində oxucularımızı tanış edək.

Təşəkkür edirəm xoş diləklərinizə görə və məndə gənc namizəd olaraq doğma yurdum Gədəbəy üçün tək turizm yox digər istiqamətlərdə də faydalı olmaq və rayonun rifahını qaldırıb tərəqqisinə nail olmaq istəyirəm. Özum əslən Gədəbəydənəm 22 yaşım var.Orta təhsilimi Bakıda almışam ,ali təhsilimi isə Bakı Slavyan Universitetinin filologiya fakultəsini bitirmişəm. Təhsilimi davam etdirərək , Polşanın Varşava şəhərində Beynalxalq Turizm ixtisası üzrə təhsilimi davam etdirmişəm. Tələbə vaxtindan elmi mədəni ictimai sektorda fəal gənclərdən biri olmuşam. Azərbaycan diasporası ilə bağlı müxtəlif tədbirlərdə iştirak edirəm və ölkəmiz üçün işlər görürük.Diasporla iş üzrə Dövlət Komitəsinin Avropa və dünya üzrə təsis etdiyi 27 koordinasiya şurası sədrləri arasında ən gənc koordinatoruyam.

Lalə xanım Gədəbəy turizmi ilə bağlı fikirlərinizə keçmədən öncə , bilmək istərdik cari Azərbaycan turizminin durumunu neçə görürsüz ?

Azərbaycan turizmi bildiyiniz kimi son 4 il müddətində inkişaf mərhələsindədir. Hər il turist sayının çoxalması və dünyanın müxtəlif ölkələrindən gələn turistlər buna bariz nümunədir. Qeyri neft sektoru olaraq ölkəmizdə turizmin inkişafi müsbət amillərdən biridir. Paytaxtımızda ve regionlarımızda tikilən otellər ve iaşə obyektlərin olması, həmdə artması turizmə təkan vərəcək , rəqabətli bir sektoruna döndükçə turist saylarında da artim olacaq. Həmçinin məşqulluqa böyük dəstək olaraq işsizliyi aradan qaldıracaq, yeni iş yerləri olacaq. Düşünürəm ki , 2020 ci il Azərbaycan turizmi üçün uğurlu il olacaq.

Lalə xanım seçki platformanızda olan turizm istiqaməti barəsində oxucularımıza məlumat verərdiz.

“Qərbin Qəlbi Gədəbəy” turizm təklifini komandamızla birgə ərsəyə gətirmişik və özüm də turizm ixtisası üzrə təhsil aldığıma görə, çalışmışam rayonumuzda catışmayan məqamlara və xarici təcrübəyə əsaslandırıb təkliflər paketi hazırladıq
Gədəbəyin təbiəti flora-faunası mədəniyyəti və tarixi xaricdən gələn qonaqların maraqına səbəb olacaq bir yerdir.
Gədəbəyi şəfalı havası , yeraltı yerüstü sərvəti imkan verir ki bu ərazilərdə turizm sənayəsi təşkil edilsin.
Gədəbəy turizminə aid müəyyən icraat planlarımız var ki , bizə seçiçilərimiz etimad göstərsə bunların reallaşmasını təmin edəcəyik.

“ Qərbin Qəlbi Gədəbəy” turizmin inkişafı planı

problemin təsviri :
* yol infrastrukturu
* rayonda iaşə obyektlərin , otel restoranların sayının çox az olması
* regionun turizm marşurutuna daxil edilməməsi
* xidmət sektoru üzrə kadr çatışmamazlıqı
* yerli əhalinin turistlə münasibət mübadiləsi
* tarixi faktların , turist marşurutlarına salınmaması
* kənd turizm təşkil edilməməsi

icra planı :
* rayonun qonşu rayon şəhərlər üzrə yollarını bərpasə yenidən qurulmasını təmin etmək. Turizm yollarının təşkili və informasiya lövhəciklərinin qurulması.
* rayonda 3* və 4* otellərin tikintisinin investorlar tərəfindən cəlb edilməsi və tikintisi. Regionda tikilən iaşı obyektlərini müddətli vergi güzəştlərinin tətbiqi, restoranaların və xidmət sahələrinin artırılması , KOB –un dəstəyi ilə yerli sahibkarların bizneslərinin inkişafına dəstək olmaq.
* “Qərbin Qəlbi Gədəbəy” turizm marşurutunun təşkil edilməsi və qərb istiqamətində olan turlara daxil etmək
* yerli əhalinin ,əsasəndə xidmət sahəsində çalışan vətəndaşlara xidmət sahəsi üzrə və turistlə ünsiyyət münasibətlərin qurulması xidmət satışın edilməsi barəsində maarifləndirici seminarların görüşlərin keçirilməsi
* xidmət sektoru üzrə ayda iki dəfə olmaqla , yerli və xarici mütəxəssislərin təlim və seminarların təşkil edilməsinə şəraitmaq yaratmaq. Müxətlif qurumlarla əməkdaşlıq etmək.
* rayonun tarixi faktlarına əsaslanaraq əsasən avropalı turistləri cəlb etmək üzrə Siemens qardaşlarına uyğun açıq səma altında muzeylərin təşkili onların fəaliyyəti barəsində maketlərin hazırlanması , xarici qonaqlar üçün ziyarət edə biləcək mədəni tarixi yerlərin formallaşdırmaq.
* Kənd turizmin təşkili və kənd camaatı arasında maariflənməsinin aparılması və əlavə gəlir yerlərinin açılmasına zəmin yaratmaq.

Lalə xanım qeyd etdiyiniz punktlar Gədəbəy üçün lazımı olan istiqamət və inkişafı üçün real təkliflərdir. Regionun tarixi iqtisadi əlaqələrinin Avropalılarla bağlı olması , xarici turistlərin Gədəbəyə cəlb etməsinə gözəl zəmin yaradır. Lalə xanım parlamentdə təmsil olunacaqınız halda və ya ictimai fəal gənc olaraq yaxın illərdə Gədəbəy turizmini neçə qiymətləndirirsiz ?

Parlamentdə təmsil olunsam , qeyd etidyimiz puktları üzrə yaxın 3-ildə icraatının baş tutmasına çalışacam. Daxili və xarici investorları cəlb etməklə , prosesi daha da sürətləndirmək olar. Ümumiyyətlə
Gədəbəy rayonun turizm potensialı çox prespektivlidir və düşünürəm ki , dövlətində diqqət və marağında olan regionlarımızdan biridir. Bir gənc olaraq doğma Gədəbəyimiz üçün hər zaman xidmət göstərməyə hazıram , turizm sektoru üzrə öz bilik bacarıqlarımı paylaşmaqa gözəl işlər görməyə hazıram. Sonda olaraq demək istərdim ki, yaxın illərdə Gədəbəy turizmini , rayonun tərəqqisinə birgə şahidlik edəcəyik.

hazırladı : Zeynəb.Z

Etiketlər
Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close