Xarici Xəbərlər

Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək

Bu barədə Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən X Avrasiya Tədbirlər Forumunda (EFEA) çıxış edərkən bildirib.

Çıxışda, həmçinin böyükmiqyaslı beynəlxalq tədbirlərin Azərbaycan turizminin inkişafına verdiyi töhfələr, ölkəmizdə işgüzar tədbirlər sənayesinin inkişafı üçün görülən işlər və mövcud işgüzar turizm imkanları barəsində məlumat verilib.

22-24 yanvarda baş tutan tədbirdə Rusiyanın 20 bölgəsindən və 8 xarici ölkədən işgüzar tədbirlər sahəsində ixtisaslaşmış assosiasiyalar və birliklərin 500-dən çox nümayəndəsi bir araya gəlib. Forumda işgüzar tədbirlər sənayesinin müxtəlif istiqamətləri, müasir tendensiyalar, təbliğat və digər məsələlər barəsində panel müzakirələr keçirilir.

Xatırladaq ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun əsas məqsədi ölkəmizin işgüzar turizm imkanlarını tanıtmaqla irimiqyaslı beynəlxalq səviyyəli tədbirlərin Azərbaycana cəlb edilməsinə nail olmaq, ölkənin işgüzar turizm nüfuzunu gücləndirməkdir.

Daha çox göstər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close