Ölkə turizmi

ATAA idarə heyətinin sədri Göydəniz Qəhramanov ,29 sentyabr – “Turizm işçiləri günü” münasibətilə təbrik edib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov ATAA-nın üzvlərini və turizm sənayesi nümayəndələrini 29 sentyabr – “Turizm işçiləri günü” münasibətilə təbrik edib:
“Əziz həmkarlar, dəyərli dostlar
Sizi 29 sentyabr – “Turizm işçiləri günü” münasibətilə səmimi qəlbdən təbrik edir, işlərinizdə müvəffəqiyətlər, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.
Bildiyiniz kimi, 2016-cı ildən etibarən hər il sentyabrın 27-si “Ümumdünya Turizm Günü” ilə əlaqədar olaraq Azərbaycanda da “Turizm işçiləri günü” kimi qeyd olunub.
2020-ci ilin 27 sentyabrında Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi təcavüzə və təxribatlara son qoymaq üçün Ali Baş Komandanın başçılığı ilə ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan və qazandığı qələbədən sonra bu gün Azərbaycanda Anım Günü kimi qeyd edilir. Son iki il ərzində biz peşə bayramımızı şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq qeyd etmədik.
Uzun fasilədən sonra ölkə başçısı Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” sərəncamında etdiyi dəyişikliyə əsasən artıq 29 sentyabr – “Turizm işçiləri günü” kimi yenidən ölkəmizdə qeyd ediləcək.
Bu sərəncama görə ölkə başcısı Cənab Prezident İlham Əliyevə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəhbərliyi və üzvləri adından dərin təşəkkürümüzü bildiririk.
Turizm sənayesi nümayəndələrinin hər bir iştirakçısının ölkə turizminin inkişafında böyük rolu var. Turoperatorlar və turizm agentlikləri də bu sektorun əsas komponentlərindən birini təşkil edir. Biz son iki il ərzində bütün çətinliklərə baxmayaraq COVID-19 pandemiyasına qalib gələrək ölkə turizminin bərpasına nail olduq.
Postpandemiya dövründə hər gün dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn əcnəbi qonaqların sayının artdığını görmək bizi çox sevindirir və qürurlandırır. Bu proseslərdə turoperatorlar və turizm agentliklərinin də böyük əməyi var.
Əziz həmkarlar, dəyərli dostlar!
Mən inanıram ki, biz turizmçiləri qarşıda daha gözəl günlər gözləyir. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq bundan sonra da ölkə turizminin inkişafına, dünyada tanıdılmasına, üzvlərimizin fəaliyyətinə və maraqlarının qorunmasına dəstək olacağıq.
Bir daha hər birinizi peşə bayramı münasibətilə təbrik edirəm!
Bayramımız mübarək”!
May be an image of 1 person and standing

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button