Ölkə turizmi

ATAA-nın İdarə Heyəti üzvlərinin növbəti toplantısı keçirilib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti üzvlərinin cari ilin 3-cü rübündə görülmüş işlərə dair növbəti toplantısı keçirilib.
İclasda ATAA-nın son 3 ay ərzində dövlət qurumları, özəl təşkilatlar və turizm sənayesinin digər nümayəndələri ilə keçirdiyi görüşlər, üzv şirkətlərin üzləşdiyi çətinliklər və həlli yolları, tibbi turizm üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi persspetivləri, eləcə də 2023-cü ilin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulan işlər müzakirə olunub, təkliflər dinlənilib.
Toplantı çərçivəsində həmçinin Assosiasiyaya üzv olmaq istəyən şirkətlərin üzvlüklə bağlı müraciətlərinə baxılıb. Müzakirələr zamanı əsas keyfiyyət meyarlarına cavab verən 17 turizm şirkətinin ATAA-ya üzvlüyü qəbul edilib.5 şirkətin üzvlüklə bağlı müraciətinə imtina verilib.
Bununla da ATAA üzvlərinin sayı 145 olub.
Toplantının keçirilməsində göstərdiyi təşkilati dəstəyə görə Alterum şirkətinin idarə etdiyi “Parkside Hotel Apartments” hotelinin rəhbərliyənə təşəkkür edirik.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button