Bilirdinizmi bütün turlar Şəhidlər Xiyabanından başlayır?
Uzun illərdir köklü ,əsaslı keçmişi olan gəlmə turizmi “incoming” turizm şirkətlərinin Bakıdan başlayan turlarının hamısı Şəhidlər Xiyabanını ziyarətlə başlayır. Ölkəyə gələn bütün turistləri ilk olaraq Şəhidlər Xiyabanına aparıb “Qanlı Yanvar” hadisələri haqqında məlumat verilir və daha sonra Bakıya Dağüstü parkdan panoramik baxış edib İçəri şəhərə doğru davam etdirilir.
Ümid edirəm ki, tezliklə Füzuli hava limanı low-cost təyyarələrin mərkəzi olacaq. Eyni zamanda Avropadan Asiyaya uçan bütün təyyarələr yanacaq doldurmaq, əlavə sərnişin götürmək üçün məhz buraya eniş edəcək. (Nümunə kimi Frankfurtdan (Almaniya) Aşqabada (Türkmənistan) uçan təyyarələrin Bakıya eniş etmələrini göstərmək olar) Və bununla da ölkəmizə turist axını daha da artacaq. Füzuli hava limanından ölkəyə daxil olan turistlərin ilk ziyarət edəcəkləri yer isə 44 günlük müharibəmizin simvolu olan Şuşadan başlayacaq.