Dünya turizmiElanlar və tədbirlər

Pegas Antalyada öz lüks hotelini açır

Bu günlərdə Antalyada “Pegas” şirkəti özünün ikinçi şəxsi hotelini açır. Söhbət iyulun 24-dən işə başlamalı olan Swandor Hotels & Resorts şəbəkəsinin hotelindən gedir.

Turizm Ajansının Türkiyə nəşrinin verdiyi məlumata görə  “Swandor Hotels Kemer” 24 iyulda açılır. Hotel Kemer yaxınlığındakı Kirişdə fəaliyyət göstərəcək və Swandor “Hotels & Resorts Kemer” adlanacaq. Antalya hava limanından 65 kilometr aralıda yerləşən hotel köhnə PGS Kiriş Resort-un yerində tikilib. Hotel kompleksinin ərazisi 70.000 kv.m, bir əsas bina və altı Club binası (3 mərtəbə, liftlər var). Klub binalarında Comfort Room (33-38 kv.m), Comfort Family Room (63 kv.m) və Comfort Duplex (62-70 kv.m, yuxarı mərtəbələrdə) olmaqla üç kateqoriyalı otaqlar var. Burada çimərlik (215 m, çınqıl), 3 açıq hovuz (qızdırılmır), 8 sürüşmə ilə su parkı, bufet restoranı, alakart restoran, səkkiz bar, şirniyyat mağazası, SPA mərkəzi  mövcuddur.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button