Bakı Hava Limanında 220 milyonluq təyyarə (video+fotoreportaj)
Həftə sonumuzun sübh səhəri çox həyacanlı və qiymətli keçdi. Çünki Heydər Əliyev adına Beynalxalq Hava Limanına nəhəng “qonaq”ımız olan AİRBUS-300/200 təyyarəsi təşrif buyurmuşdur.
Qonaqımızın gəlişi 06:05 təsadüf etməyinə baxmayaraq , saat 4-dən oyaq idik və hava limanına istiqamət almışdıq Aeroporta gedən yolda flight-radar vasitəsilədə qonaq gələn təyyarəmizin səma üzərində harda olduğunu da ehmalca nəzərdə saxlayırdıq.
Və beləliklə 220 milyon dollar civarında qiymətləndirilən AİRBUS 330 təyyarəsi artıq hava limanımızda idi, havanın şaxtalı olmasına baxmayaraq təyyarənin həyacan verici görkəmi və duruşu onun ətrafında çəkəcəyimiz şəkil və videolara əngəl olmadı.
AİRBUS-330/200 haqqında onu deyə bilərik ki , 13.430 km məsafə qət etmək bacarığına malik olmasıyla birgə hündürlüyü 17.3 metr , uzunluğu 59 metr ,qanad açıqlığı isə 60.5 metrdir. Təyyarənin maksimal sürəti 913km/s ölçülür. Sərnişin tutumu isə 250 nəfərdən 380 nəfərə qədər qəbul etmək ixtiyarındadır. Bu nəhəng 120 ton çəkisinə olmağına baxmayaraq səma üzərində hündürlüyü 13.000 metrə qədər qalxa bilər. Ümumiyyətlə hər bir turistin uçuş listində bu təyyarə də səyahət etməsi tövsiyyə edilir. “Qonağımız” Türk Hava Yollarının ailəsinə daxil olan təyyarələrindən biri idi.
Fotolar və videolar : turizm media portalına aiddir.
hazırladı : KHanifi